AVROPALAŞAQ, MODERNLƏŞƏK, YOXSA ÖZLƏŞİB TÜRKLƏŞƏK ?

0
298

AYNUR TALIBLI

Tarih ve Medeniyyet Araştırmacısı, İSTANBUL 2007

Siz də, mən də tez- tez bu ifadələri eşidirik “avropalaşmaq” və “modernləşmək”. Bu kimə ? nəyə ? nə üçün ? lazımdır. Ümumilikdə bu anlayış nədir ? və toplumda necə ? anlaşılır. Digər tərəfdən “Türkləşmək”, yəni “özləşmək”-özümüzə dönmək bizə “nə qazandırar ?” və həyatımızı “necə dəyişər ?” kimi suallara cavab tapmağa çalışacağam bu yazımda. Bu cavabları araşdırarkən Avropanın öz yazarlarının, düşünürlərinin yazılarına və düşüncələrinə müraciət edəcəyəm. Öncəliklə “modernləşmə” necə meydana gəldi ? sualına cavab tapaq və anlamı ilə əlaqədar fikirlərə diqqət yetirək : Sözün anlamı çağdaşlaşmaq, yeniləşmək, əsriləşmək, yəni yüzilə uyğunlaşmaq olan “modernləşmə” (1), geri qalmış bir mədəniyyətin irəli səviyyədəki mədəniyyətə (uyqarlığa) çata bilməyi üçün göstərdiyi cəhdlərin, səylərin ortaq adıdır(2). Bu özlüyündə xarici təsirlərlə meydana gələn toplumsal dəyişiklik müddətidir(3). Milatdan sonra 5. yüz ildə xristianlığı rəsmən qəbul edən Roma yeni dönəmi, köhnə Pagan dönəmindən ayırmaq üçün istifadə etdiyi ”modern” kəliməsinin kökü latınca “modernus”-dan gəlməkdədir(4). Qeyd edək ki, bəhs etdiyimiz dönəmə qədər Avropa Hz İsaya, xiristianlığa qarşı çıxmış, savaşmışdır. Hz İsanı qətl etmişdir. Sonrasında orta çağlardan yeni çağlara keçən, Avropanın yeni bir anlayışı olan yeni başdan doğuş süresini ifadə etmək üçün istifadə etdiyi “modern anlayışı”, Qərbin-Avropanın tarixi bölümündə içərisində özünə xas inkişaf təcrübəsini ifadə etmişdir. İlk dəfə Hengel tərəfindən istifadə edilən “modern” sözünün Avropa qitəsini əhatə etməsi bunun bir sübutudur(5). “Modern”-dən törəyən modernite termini, Avropada bəlli bir dönəmdə yaşanan böyük köklü dəyişkliklərin qarşılığıdır və bəhs etdiyimiz zamanın fərqliliklərini ifadə etmək üçün istifadə edilir(6). Öncədən qeyd etdiyimiz kimi Avropanın orta çağdan, yeni çağa keçərkən “modernləşmə” deyə adlandırdığı bu dönəm, nə üçün önəmlidir? Orta çağ, qövmlərin böyük köçü ile başlayır və 1453 – cü ildə Fatih Sultan Mehmedin İstanbulu fəthi ilə sona çatır. Yeni Çağ isə 1453-cü il İstanbulun fəthi ilə başlayır və Fransız inqilabı ilə 1789- cu ildə sona çatır. Bu dövrlər sözün əsl mənasında Avropanın rəzillik, geriçilik və natəmizliydən əmələ gələn yoluxucu xəstəliklərlə dolu olan tarixidir. Öncəliklə avropalıların orta çağ yaşamına, mədəniyyətinə nəzər yetirsək “modernləşməyə” nə qədər çox ehtiyacları olduğunu anlayarıq. Hal-hazırda özlərini mədəniyyətin beşiyi zənn edən avropalıların keçmişləri heç də ürek açıcı deyil. Onlar sözün əsl mənasında mədəniyyəti, geyimi, təmizliyi, elmi müsəlmanlardan, Türklərdən öyrənmişlər. Onlar daima sömürgəçilik siyasəti yeritmişlər. Bununla yanaşı nə gigiyenik, nə də elmi bilgilərə malik olmayan Avropalılar kilsənin, kralın və feodal bəylərin köləsi kimi həyatlarına davam edirdilər. Bu dövrün Avropasında yuyunmamaq modaydı və kilsə də yuyunmağı qadağan edən əmrlər verirdi. Hətta o vaxtlar yuyunmağı əxlaqsızlıq olaraq görürdülər. O zamanlar vəba ,tifüs firəngi kimi xəstəliklər yayğınlaşdı. Firengi xəstəliyi Fransadan bütün Avropaya yayılmışdı. Zatən firəngi sözünün kökü, o dönəm firəng adlanan fransizlardan gəlir. 16 yüz ilin ortalarına qədər Avropa xalqı yuyunmağı tamamilə unutdu. Onlar sadəcə əllərini, ağızlarını yuyurdular. Çox az qisim elit təbəqə ildə bir və ya iki dəfə yuyunardı. Örnək olaraq İspanya kralıçəsi 1. Izabel (1451-1504) həyatında iki dəfə yuyunmuşdur: birincisi evlənərkən, ikincisi doğum etdikden sonra. Izabel nə səbəbdəndirsə, o zaman verdiyi qərarla Xiristian olmayanlara çox təziq göstərmiş və 200 min İspanı ölkəsinin kənarına sürgün etdirmişdir. Bu kraliçə kimi ildə iki dəfə yuyunmaq ”mədəniyyətinə” sahib olan Fransız Kralı XIV. Louisdir. Fransanı ziyarət edən bir rus elçisi dönüşündə yazdığı qeydlərdə, XIV. Louisin vəhşi heyvan kimi qoxduğunu qeyd edir. Bu səbəbdən də səyyah Avropa tərəfindən bir daha qəbul edilməmiş və sərt tərzdə xəbərdarlıq edilmişdir. Ruslar da onlardan geri qalmırdı ən azından ayda bir dəfə təmizlənirdilər. O dövrlərdə Avropa saraylarının necə qoxduğunu siz təsəvvür edin. Bu bərbad qoxunun qarşısını almaq üçün ətirlər kəşf etdilər. Bu gün utanmadan fəxr etdikləri Fransız ətirlərinin yaranma səbəbini hərdən fransızlar xatırlasalar pis olmazdı! (7). “Qulyəbanilərin yalnız Afrikaya aid olduğunu zənn edənlər ola bilər, amma yanılırlar. Həqiqi qulyəbanilər avropalılardır”. Bu sözləri mən deyil, bu yaxınlarda “Mumyalar, Qulyabanilər və Vampirlər” adlı kitabı ilə Avropa və Amerikada dava dalaşa səbəb olan Durham Universitetinin müəllimlərindən Dr. Richard Sugg’a aiddir. Sugg’un fikirlərinə görə avropada kökü qədimə dayanan bir qulyəbanilik, yəni insan əti, qanı, sümüyü və b. istifadə etmək adəti var və bu adət təkçə orta çağa aid deyildir. Bizim guya “aydınlanma dövrü” dediyimiz 18-ci yüz ildə də bu adət var idi. Sadəcə fakir, kasıb süfrələrində deyil, möhtəşəm saraylarda, yemək masalarında da qafatası tozu və ya mumya parçalarına rastlanırdı. “Geo” dərgisi keçən saylarından birində, bu anormal halın gizli bəlgələrini açdı və qulyabaniliyin “Avropanın qaranlıq sirri” olduğunu ifşa etdi. Ancaq nədənsə Türkiyədə və Azərbaycanda Avropa sevərlər bu gizli bəlgələrin açıldığından xəbərsiz oldular və bu gərçəkləri görməzdən gəldilər. Həm də Avropanın biz Türkləri qətliam edən elan etdiyi, barbarlıqla suçladığı bir zamanda, bu vəhşiliyin görməzdən gəlinməsi həqiqətən normal deyil. Qulyəbaniliyi başqa irqlərə aid edən Avropaya bu bəlgələrin işığında baxıldığında, qulyəbaniliyin ən uzun davam etdiyi qitə halına gəldiyi görünür. Bu baxımdan özünü aydınlanma mərkəzi görən Avropaya qarşı Suggun kitabını, həm də “Geo”-nun xəbərini gündəmə gətirməyin tam zamanı deyə düşünürəm. Özlərində qulyəbanilik davam etdiyi halda, karikaturalarında hər zaman “bəyazları bir qazanda bişirən Afrikalı qulyəbanilər” imicini tez- tez təkrar edirlər. Onu da qeyd etmək istərdim ki, 19. yüzilin Danimarkasında belə başı kəsilən məhkumların altında, əllərində qablarlan gözləyən insanlari görə bilərsiniz. Özəlliklə edam edilən məhkum gəncsə, ondan axacaq qanın sarılıq xəstəliyini müalicə edəcəyi düşünülürdü. İşin qəribə tərəfi, bu adət 19.yüz ilin ortalarına qədər davam etmişdir. Hətta edam edilən məhkumun qanını içən adamın ağzını sildiyi dəsmal belə əldən ələ gəzərək şəfa umulurdu(Sugg,səhifə 81). Məzar açmaq, “tibbi qulyəbanilik” də avropalıların adəti idi. Belə ki, 15.yüzildə Papa VIII.İnnocent ölüm döşəyindəykən aldatılaraq öldürülən 3 gənç qurbanının qanı içirilmiş və şəfa tapacağı umulmuşdu. Ancaq bu tədavi işə yaramadı və Papa 25 iyulda öldü. Bu hal sadəcə papalar və xalq arasında deyil, dəbdəbəli Avropa saraylarında da keçərli idi. Belə ki, Qanuni Sultan Süleymanın “Sən ki, Fransa Kralı Françeskosun” deyə xitab etdiyi I.François, yanında kiçik mumya parçası daşıyırdı. Bu arada Elmi İnqilabın filosofu olaraq dəyərləndirilən Francis Bacon da mumya parçasının qanı durdurmağa yararlı bir dərman olduğuna inanmışdır. İngiltərə kralı II. Charlesə ölüm döşəyində bol-bol qafatası tozu içirilmişdi ki, guya acılarını dindirəcəymiş. Zatən İngiltərədə Stuart xənadanının xüsusi maraqlandırırdı “cəsət tibbi”. Sözün qısası “modern”, “modernləşən “Avropada 200 il boyunca zəngin olsun, təhsilli və ya cahil heç fərq etməz, hər kəs az və ya çox dərəcədə olaraq qulyəbanilik etdiyini Richard Sugg yazmaqdadır. Bu halda kim həqiqətən qulyəbani və barbardı? deyə Avrupalılara sual vermək lazımdır. Vəhşi və ibtidai deyə həqarətlə adlandırdığı bizlərmi, yoxsa bu işi kitablara mövzu olacaq qədər edən Avropalilarmı? Bunu da qeyd edək ki, gənc insanların edam edilməsi xəstələr üçün şəfa ümidi idi. Ünlü tibb adamı Paracelsusun öyrəncisi kimyaçı Johann Schroeder, ölü bədənin necə bir həyat iksiri halına gələ biləcəyini bu sözlərlə belə ifadə edir: “cinayət vaxtında ölmüş 24 yaşında qara dərili birinin cəsədini bir gecə ay ışığında gözlədilməlidir. Beləcə qoxusu, tustulənmiş bir ət kimi olur”. Nəyə görə qara dərili biri tərcih edilir ? deye düşünə bilərsiniz. Bunun səbəbi avropalılar qara dərililəri insan hesab etmir, heyvan kimi dəyərləndirirlər. Günümüzdə Avropada yaşayan Afrikalıların avropalılar tərəfindən heyvan kimi ovlananıb kölə olaraq istifadə edilen insanların nəvələri olduğunu da unutmayaq. Daha yeni 22.01.2017 tarixində Avropada qara dərililərə təziq edilir və futbol meydanında “meymun” deyə təhqir edirlər(8). Ən qədim tualetlərə, milatdan öncə 40000-ci illərdə Mesopatamiyada rastlanir. Avropalıların bəyənmədiyi və ötəkiləşdirdiyi Hindistanda ,Suriyada və digər irqlərdə biz türklərdə olduğu kimi tualet mədəniyyəti qədimdən vardır. Hətta Misirdə Fironların məzarlarına tualet və hamam otağı əlavə edilmişdir. Türkiyədə, Van şəhərində milatdan öncə 8. yüz ilə aid tualet qalıntısı tapılmışdır ki, bu gün istifadə edilən tualetlərə bənzərdir. Amma Avropaya baxdığımız zaman onlarda bu mədəniyyətində olmadığını açıq görürük. Məsələn, Herodotun yaşadığı o parlaq dövrdə yunanlılar tualet nədir bilməzlər. Tarixçilər bir məkan olaraq tualetin Şərqdən Qərbə keçdiyində həmfikirdilər. Amma bu keçiş yüzillər sürmüşdür. Avropada görülən xəstəliklərin də başlıca səbəblərindən biri budur. Məsələn 1388 -ci ildə İngiltərə Kralı II. Richard göl və dərələrin tualet yerinə istifadəsini qadağan etmiş amma bu işi harda etmək gərəkdiyini qeyd etməyi unutmuşur. Fransada da vəziyyət eynidir. Bunun üçün də qeyd etdiyimiz kimi Paris ətirləri kəşf edildi. Osmanlı Türk imperatorluğunun ilk Paris elçisi Yirmi Səkkiz Mehmed Çələbi xatiratlarında fransızlarin kişi və qadin fərq etmədən su kimi parfum istifadə etdiyini qeyd edir. Ancaq çevrədən və fransızların vücudundan gələn pis qoxuyla parfum birləşdiyində daha da bərbad qoxduqlarını və pis qoxularını heç bir parfum, ətirlə örtə bilməyəcəklərini qeyd edir. Çələbi vətənə döndüyündə ayağının tozu ilə “Türkçə deyimlər” sözlüyünə yeni bir ifadə hədiyyə edər ki, bu “üzərinə tüy dikmək” yəni ” üzərinə tük əkmək” ifadəsidir. Bu ifadəni xətanın xəta ilə təlafe edilməsinə qarışılığ olaraq istifade edilir. Bu ifadənin necə meydana gəldiyini sizlərlə bölüşəcəm.Fransada Versay sarayinda” tüy tikmek” yəni” tük” əkmək metodu bele idi, koridorların köşələrinə nəcislərini edən fransız krallarının nəcisləri xidmətçilər tərəfindən təmizlənmədən öncə, üzərinə bir qaz tükü elavə edərlərmiş və quruduğu zaman o tükdən tutub pisliyi pəncərədən küçəyə atarlarmış.Bu da beləcə “üzərinə tük əkmək” olaraq dilə daxil oldu. Avropanın təmizliyi və tualet mədəniyyətinin önəmini anlaması çox yenidir. Binalar yüksəldikçə tualet problemi dərd oldu və nəticədə “sifon”-un binalara bir təmizlik vasitəsi olaraq girməyi ilə su təsisatçılığı başlayır. Avropa şəhərlərində modern su təsisatları, kanalizasiya sistemi 19. yüzilin sonlarına doğru quruldu(9). Avropalılar elm sahəsində də hər şeyi Müsəlmanlardan,Türklərdən öyrənmişdir. Məsələn, Astranomiyanı müsəlmanlardan öyrənmişlər ki, ulduzların adı da ərəbcədən gəlir. Aldebaran (avropa dillərində) -al-Dabaran(ərəbcə), Algenib(avropa dillərində)- al-Cənub( ərəbcə), Altair(avropa dillərində)-al-Tayr(ərəbcə). XI.yüzildə Bağdadda böyük bir rəsədxana qurulmuşdur. Timuroğullarından Türk Xaqanı Uluğ bəy (1394-1449) eyni zamanda dünyanın ən böyük riyaziyyat ve astranomiya bilgələrindəndir. Uluğ bəy illərcə Səmərqənddə rəsədxananın başında durmuş, etdiyi araşdırmalarla qədim yunan bilgələrinin və daha sonra isə ilk ərəb Astranomlarının səhvlərini düzəldərək bu günkü Astranomiyanın təməlini qoymuşdur. Bu gün Avropa qitəsinin X.Columb tərəfindən kəşf edildiyi söylənsə də, ondan çox uzun illər öncə ünlü dənizçi səyyah Piri Rəisin əli ilə cizdiyi xəritədə bu günkü texnalogiyanın ancaq kosmik fotolarında görə biləcəyi ayrıntıların olduğunu unutmamalıyıq. Bu arada böyük Türk bilgini İBN Sina həkimliyin, tibbin qurucusudur. Onun “El-Şifa”, El-Necat”, El-Kanun -Fit -Tib” kimi əsərləri bütün Avropa Universitetlerində XVII. yüzilin sonlarına qədər oxudulmuşdur(10) Türk-İslam dünyasında ortaya çıxmış elm və öyrətim qurumu, ocağı da mədrəsədir. Bu günün universitetləri də mədrəsədən ilham alaraq yaradılmışdır. Fəqət universitetləri avropalıların qurduğu deyilsə də, İslam dünyasinda ilk yüksək öyrətim müəssəsi XI. yüzilin ortalarında rəsmi bir bəlgəylə ortaya çıxan mədrəsə sistemi Səlcuklu Türlərinin əsəridir. Ayrıca bu öyrətim sisteminin Səlcuqlu öncəsində bir inkişaf müddəti keçdiyini və bu hazırlıq dönəmində də Xorasan və Mavərənəhr və ya Kaşğarlı Mahmudun ifadəsi ilə Çayardi bölgəsinin, yəni əhalisinin heç deyilsə, bir qismi və hər halda böyük bir qismi Türk olan coğrafi çevrələrin və Qaraxanlılar, Qəznəvilər böyük payı olduğu görünməkdədir. Beləcə İslam Dünyasının yüksək öyrətim, təhsil qurumu olan mədrəsə də Türklərin bir əsəri, İslam Dünyasının kültür və mədəniyyətinə Türklərin önəmli bir qatqısı olaraq qarşımıza çəxmaqdadır(11). Xaçlı səfərlərində də müsəlmanlardan yuyunmağı, yemək mədəniyyətini, seramik sənətini və bir çox şey öyrənmişdir. Elm, bilim, mədəniyyət, texnalogiya və s. bir çox şeyi bu gün bəyənmədikləri, hətta barbar, gerici adlandırdıqları Müsəlmanlardan, Türklərdən öyrənən Avropanın həqiqi mənada barbar olduğunu gördük. Bəzi Avropalılar Müsəlmanların,Türklərin önəmini bu sözlərlə bildirir: “Müsəlman Əndəlüsdən bizə 30 kitab qaldı, atomu parçalaya bildik. Əgər ,Şayət yandırılan bir milyon kitabın yarsı qalsaydı çoxdan qalaktikalar arasında olacaqdıq” Pierre Cure (Nobel ödüllü Fizikçi). “Tarixdən Türkü çıxarsanız geriyə tarix deyilən bir şey qalmayacaqdır” Wolfgan von Goethe. Sizde yazılardan gördünüz, Avropa üçün geride qalmış mədəniyyətlərini inkişaf etdirmək baxımından iləri mədəniyyətdən yəni, bizlərdən müsəlmanlardan, türklərdən bir çox cəhətdən nələrsə öyrənmək “modernləşmək” önəmlidir və mütləqdir. Bəs bizlər “modernləşirik” deyə niyə Avropanın geridə qalmış mədəniyyətini yamsılayırıq? Avropalaşmaq düşüncəsini “modernləşmək” olaraq anlayıb, Avropalilarin fast food dedikləri sağlığsız yemək tərzini, etik olmayan, mədəniyyət normalarına uymayan geyim tərzini və vulqar sözlərlə dolu musuqilərini mənimsəyərək modernləşdiyini düşünənlər var yeterincə, amma yanılırlar! Bizlər özləşməliyik, özümüzə dönməliyik. Tarixə meyadan oxuyan, dunyanın Fateh deyə adlandırdığı ilk Avropaya hökm eden Atillanın, Oğuz xanın nəvələri, şanlı Türk milləti olduğumuz unutmamalıyıq. Bizlər özləşib, türklüyümüzün fərqinə varmasaq modernləşə bilməyəcəyik. Elmimizə və mədəniyyətimizə sahib çıxmasaq, avropalıların bizim mədəniyyətimizi mənimsəyərək elmdə, texnalogiyada irəliləmələrini uzaqdan izləməyə sadəcə daim məhkum olarıq. Sonda sizə Mehmet Akif Ersoyun, Cəlil Məmmədquluzadənin və Mustafa Kəmal Atatürkük sözlərini xatirlatmaq istəyirəm və düşünməyə çağırıram. “Kim demiş Avrupa insanı medeni? Nə edep var ne haya çırılçıplak bedeni! Eğer medeniyet açıp saçmaksa bedeni; Desenize hayvanlar bizdən daha medeni!” Mehmet Akif Ersoy. “Azərbaycan qadını çarşabdan çıxıb başını açanda müasirləşdi deyə sevincimdən papağımı göyə tulladım,o gün bu gündür papağımı tapa bilmirəm.” Cəlil Məmmədquluzadə. “Muhtaç olduğun kudret damarlarindaki ASİL KANDA MEVCUTTUR” MUSTAFA KƏMAL ATATÜRK. Xüsusi Teşekkürler Türk Komutan İSHAK ÇELIK Beye

Sayqılarla İstifadə edilen menbeler:

1.Mehmet Doğan, Büyük Türkçe Sözlük, İz yay. 11.Bas., Ekim 1996, s.780.

  1. 9 Halil İnalcık, “Atatürk ve Türkiye‟nin Modernleşmesi”, Belleten, c.LII /63, s.986
    3.0 Emre Kongar, Toplumsal Değişme Kuramları ve Türkiye Gerçeği, Remzi kit. 6. bas. İst.1995, s.227
    4.Ergün Yıldırım, Hayali Modernlik: Türk Modernliğinin İcadı, Doğu Kit., 2. Bas., Ġst. Haz. 2012, s. 15
    5.Şeyhmus Demir, Mutlu Sesli, Veysel Yılmaz, “Türk Modernleşmesi: Eleştirel Bir Bakış” Sosyal Bilimler Araştırmaları Dergisi- 2, 2008 s.78;77-90
  2. Gönül Pultar, (Der.), Türk Bilim Adamlarının Bakış Açısından İslâm ve Modernite, Remzi Kit.1.Bas.İst.2007 s.23;42
    7.Harris, Karen (Karen Larsdatter), “Baths in Medieval and Renaissance Works of Art.
    Hull, Marvin. “Bathing and Washing During Medieval Times,
    Von Furstenberg, Diane. The Bath.
    Fissel, Mary E. “Steamy Encounters,” Women’s Health in Primary Care
    8.dunyagerceklerim.blogspot..
    9.Dini ve TARİHİ GERÇEKLER.facebook.com.
    10.ekemer.avrupa-medeniyeti-bizden öğrendi
  3. Aydın Sayılı, “Higher Education in Medieval İslam”, Ankara Üniversitesi Yıllığı, cilt 2, 1948, s. 30-71.

Aynur Talıblı. İstanbul Sabahattin Zaim Üniversiteti, Tarix və Mədəniyyət Araşdırmaları bölümü, Yüksək Lisans.

Avatar

Leave a reply